“Milan” 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb

İtaliya çempionatının sonuncu, 38-ci turunda “Sassuolo” futbol
klubunu 3:0 hesabı ilə məğlub edən “Milan” komandası A Seriyasının
qalibi olublar.

AzerTimes-ın
məlumatına görə, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank
Kesye (36) vurublar.

“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı
olan “İnter”i iki xal qabaqlayıb.

Beləliklə, “Milan” 11 ildən sonra yenidən İtaliya çempionu adını
qazanıb (son çempionluq 2010/11 mövsümündə olub).

Teqlər: