Mikroavtobusla yük maşını toqquşdu: ölənlər var

Mikroavtobusla yük maşını toqquşdu: ölənlər var

Türkiyədə ağır yol qəzası olub.

AzerTimes xəbər verir ki, Sivas-Malatya avtomobil yolunda sərnişin mikroavtobusu ilə yük maşınının toqquşub.

Nəticədə 7 nəfər ölüb, daha 10 nəfər isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb və onlardan biri də orada ölüb.

Xəsarət alanlar arasında iki azyaşlının olduğu da bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Teqlər: