Mikayıl Cabbarov Qətərin baş naziri ilə görüşdü

Mikayıl Cabbarov Qətərin baş naziri ilə görüşdü

Azərbaycan və Qətər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter səhifəsində yazıb.

“Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini vurğuladıq, həmçinin Azərbaycan və Qətər arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – paylaşımda qeyd edilib.

Teqlər: