Mikayıl Cabbarov bu şəxsləri Naxçıvanda görüşə dəvət etdi

Mikayıl Cabbarov bu şəxsləri Naxçıvanda görüşə dəvət etdi

İqtisadiyyat Nazirliyi 2023-cü ildə digər dövlət qurumlarının və sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir keçirməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

“Hədəfimiz Naxçıvanda reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını istifadə etməkdir, qardaş Türkiyə ilə olan iqtisadi münasibətləri aidiyyətı dövlət orqanlarımız ilə sahibkarlar arasında əlaqələrin səmərəli diskussiya şəklində keçirməkdir”, – nazir bildirib.

M.Cabbarov Naxçıvanda iqtisadi fəaliyyətlə məşğul olan və biznes qurmaq istəyən bütün sahibkarları görüşə dəvət edib.

Teqlər: