İrəvanla Moskva arasında strateji problemlər… – Şəfiyev

İrəvanla Moskva arasında strateji problemlər… – Şəfiyev

Ermənistanla Rusiya arasında strateji problemlər var.

AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Ermənistan elə bilirdi ki, Rusiya onun işğalçı siyasətini dəstəkləyəcək. Ermənistan rəhbərliyi elə fon yaradırdı ki, guya Rusiyadan asılı deyil. Belə demək mümkünsə, Ermənistan iki stulda oturmağa çalışırdı”, – Şəfiyev bildirib.

O, Tovuz döyüşlərini Ermənistanın başlatdığını xatırladıb:

“Ermənistanın Baş naziri Nikol Paşinyan həmin hadisələrin nəticəsində qələbə qazandıqlarını demişdi. Rusiya isə bu hadisələri pisləmişdi. Ermənistanla Rusiya arasında fundamental fikir ayrılıqları davam edəcək”.

Teqlər: