“Microsoft”un ən köhnə proqramı yenilənəcək

“Microsoft” şirkəti yenilənmiş “Bloknot” (“Notepad”) tətbiqini təqdim edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə TechRadar nəşri xəbər verib.

Jurnalistlər yenilənmiş proqramın skrinşotlarını sosial şəbəkələrdə yayımlayan korporasiya əməkdaşının məlumatlarına istinad ediblər.


“Windows” ekosisteminin ən köhnə tətbiqlərindən olan “Bloknot” tətbiqi redizayn olacaq.