Məzahir Pənahov seçki məntəqələrinə rəhbər seçilmək üçün tələblər qoydu

Xəbər - Elçin Mehdiyev – Trend:

Seçki məntəqələrinə üzv və rəhbər seçilənlər savadlı və maarifli insanlar olmalıdır. Biz kimin kim olduğunu aydınlaşdırmalıyıq.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, seçki komissiyalarının üzvləri, rəhbərləri yoxlamalardan keçiriləcək: “Onlardan kim uyun gəlmirsə biz onları uzaqlaşdıracağıq. Maarifli rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”.

Teqlər: