“Məxfi materiallar”ın aktyoru öldü

“Məxfi materiallar”ın aktyoru öldü

Məşhur kanadalı aktyor Maykl Kopsa 66 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə onun keçmiş həyat yoldaşı Lusiya Francione Tvitter hesabında paylaşım edib.

O bildirib ki, Kopsa beyin şişindən yaranan ağırlaşmalardan dünyasını dəyişib.

Qeyd edək ki, M.Kopsa “Məxfi materiallar” (“The X-Files”), “Şotland” (“Highlander”), “Smolvil” (“Smallville”) və “Fantastik dördlük” (“Fantastic Four”) kimi Kanada serialları və filmlərində rol alıb.

Teqlər: