Mexaniki sayğaclar hesablamaların təhrifinə səbəb ola bilər – Hesabat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda son dövrlərdə tətbiq edilən mexaniki qaz və su
sayğaclarının ağıllı sayğaclarla əvəz edilməsi təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilir ki, kommunal xidmətlər sahəsində diqqəti
cəlb edən məqamlardan biri də ölkəmizdə informasiya
texnologiyalarının sürətlə inkişaf və inteqrasiya etdiyi bir dövrdə
qaz sərfiyyatı üzrə hesablamaların daha operativ və şəffaf qaydada
həyata keçirilməsini təmin edən “smart” tipli sayğacların mexaniki
sayğaclarla əvəz edilməsi olub.


Məruzədə qeyd edilib ki, müasir tələblərdən irəli gələrək
elektron su sayğaclarının tətbiqinin genişləndirilməsi əvəzinə
bundan əvvəl istifadədə olunan səkkiz rəqəmli (kubmetr və litr
göstəricili) mexaniki sayğacların sərfiyyatın dəqiq oxunması
imkanlarını məhdudlaşdıran beş rəqəmli (yalnız kubmetr göstəricili)
yeni mexaniki su sayğacları ilə əvəzlənməsi sərfiyyat üzrə
hesablamaların təhrif olunmasına səbəb ola bilər.

Bu baxımdan məruzədə informasiya texnologiyalarının sürətlə
inkişaf və inteqrasiya etdiyi bir dövrdə təbii qaz və içməli su
sərfiyyatı üzrə hesablamaların daha operativ və şəffaf qaydada
həyata keçirilməsi məqsədilə son zamanlarda tətbiq edilən mexaniki
sayğacların əvvəlki qaydada “smart” tipli sayğaclarla əvəz edilməsi
təklif edilir.

Teqlər: