Metroda sərnişin qatar yoluna yıxılıb

Xəbər - Samir Əli – Trend:

“İçərişəhər-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Trend xəbər verir ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.

Aidiyyəti üzrə araşdırma aparılır.

Teqlər: