Metroda qatarların hərəkət cədvəlində dəyişilik edildi

Metroda qatarların hərəkət cədvəlində dəyişilik edildi

Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib.

Bu barədə AzerTimes-a qurumdan bildirilib.

Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib.

Dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.

Teqlər: