Metroda qatarda nasazlıq oldu, sərnişinlər düşürüldü

Bakıda metroda qatarda problem yaranıb.

Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar
Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, hadisə səhər
saatlarında “Həzi Asıanov-Dərnəgül” istiqamətində hərəkət edən
qatarda baş verib.

“Qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən “Neftçilər”
stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun
olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya
dalanına verilib. Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə
əvəzinə qatar verilib”,-B. Məmmədov deyib.

Teqlər: