Metro qatarında qapı bloklayıcısının siqnalı işə düşüb, gecikmə olub

Yaşıl xətt üzrə “28 May-Nizami” mənzili boyunca hərəkət edən
qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı
işə düşüb. Bu səbəbdən maşinist qatarı saxlayaraq idarəetmə
panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış
keçirib. Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra
yenidən yoluna davam edib.

AzerTimes “Bakı Metropoliteni”nə
istinadən xəbər verir ki, bunun nəticəsində iki qatar arası
intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq
yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində
interval fərqi aradan qaldırılacaq.

İlkin ehtimala görə, vaqonun qapısına sərnişinin müdaxilə etməyə
cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının
siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma
aparılmasına başlanılıb.

Teqlər: