Bakıda metro qatarında problem yaranıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildirib
ki, hadisə “Həzi Aslanov-Dərnəgül” marşrutu ilə hərəkət edən
qatarda baş verib.
“Həmin qatarda nasazlıq yaranıb. “Ulduz” stansiyasında
sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar
verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə
fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa
müddətdə aradan qaldırılacaq”, – B.Məmmədov bildirib.