Metro işçisi ürəktutmasından vəfat edib

Bakı Metropoliteninin əməkdaşı bu gün səhər saatlarında vəfat
edib.

Bu barədə AzerTimes-a “Bakı Metropoliteni” QSC-nin mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Bu gün səhər saatlarında metropoliten stansiyaları sərnişin
girişinə açılmazdan əvvəl süni qurğular təmirçisi, 1961-ci il
təvəllüdlü Vamiq Həsənov gecə növbəsindən işdən çıxarkən ürək
dayanmasından dünyasını dəyişib”,- B.Əliyev bildirib.

Teqlər: