Mətanət İsgəndərlinin keçmiş gəlini ölkəni tərk etdi

Mətanət İsgəndərlinin keçmiş gəlini ölkəni tərk etdi

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova ölkəni tərk edib.

AzerTimes xəbər verir ki, bu haqda Teleqraf.com-a Canana Həmidovanın özü məlumat verib:

“Avtomobilimi satdım, cihazlarımı da satışa çıxarmışam. Artıq mübarizədən bezdim, balalarımı ala bilmədim. Ölkəni tərk etdim. Stress yaşamaqdan xəstə düşdüm. Yenə də güclüyəm və ayaqdayam. Daha gözəl işlər edəcəm”.

Qeyd edək ki, yaxın günlərdə Canana Həmidova övladları ilə bağlı Ali Məhkəmənin qərar verdiyini və uşaqlarını aldığını açıqlamışdı. O Mətanət İsgəndərlinin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var.

Teqlər: