“Meta” Rusiya səfirliyinin paylaşımını sildi

“Meta” Rusiya səfirliyinin paylaşımını sildi

“Meta” şirkəti Rusiyanın Kubadakı səfiri Viktor Koronellinin RT kanalına verdiyi müsahibəni səfirliyin Feysbuk səhifəsindən silib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Kubadakı səfirliyi bunu senzura aktı kimi qiymətləndirib.

“Meta” isə silinməyə səbəb kimi səfirliyin spam siyasətini pozaraq məzmun təbliğində aldadıcı üsullardan istifadə etməsini göstərib.

Teqlər: