Messinin finalda tarixi qolu – Video

Messinin finalda tarixi qolu – Video

Xəbər verdimiz kimi, Argentina və Fransa milliləri arasında final matçı davam etməkdədir.

AzerTimes xəbər verir ki, matçın 23-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin əfsanəvi oyunçusu Lionel Messi penalti zərbəsi ilə hesabı açaraq adını tarixə yazdırmağı bacarıb.

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb.

Qətərdəki mundialda Fransaya qarşı keçirdikləri final matçında penaltini dəqiq yerinə yetirən 35 yaşlı forvard ümumilikdə 12-ci dəfə fərqlənib.

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, vahid liderə çevrilib.

Qeyd edək ki, hazırda Argentina 2:0 hesabı ilə irəlidədir.

Həmin penalti zərbəsinin görüntüsünü təqdim edirik:

Teqlər: