Messinin atası Səudiyyədə: Danışıqlar aparılır…

Messinin atası Səudiyyədə: Danışıqlar aparılır…

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyənin “Əl-Hilal” klubu ilə danışıqlar aparır.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada mövsümdə təxminən 300 milyon avro maaşla olan müqavilə ilə bağlı danışıqlar aparır. Argentina millisinin kapitanın PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kristiano Ronaldonun “Əl-Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq. “Əl-Hilal” – “Əl-Nəsr” oyunu Səudiyyə Ərəbistanının əsas derbisidir.

Teqlər: