Messidən qələbə ilə bağlı duyğusal paylaşım

Messidən qələbə ilə bağlı duyğusal paylaşım

Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi komandasının Qətərdə 2022-ci ildə keçirilən dünya çempionatında qazandığı qələbədən danışıb.

AzerTimes xəbər verir ki, futbolçu İnstaqramda bu barədə paylaşım edib.

O, bu titulu Argentina millisinin qızıl medalsız qalan futbolçularına, Dieqo Maradonaya, eləcə də azarkeşlərə həsr etdiyini bildirib:

“Kubok bizi səmadan dəstəkləyən Dieqoya və eləcə də əsasən nəticəyə deyil, həmişə göstərdiyimiz istəyimizə diqqət yetirənlərin hamısına məxsusdur”.

Teqlər: