Messi təhdid edildi: Səni gözləyirik…

Messi təhdid edildi: Səni gözləyirik…

PSJ-nin argentinalı futbolçusu Lionel Messi Argentinada ölümlə hədələnib.

AzerTimes xəbər verir ki, naməlum şəxslər Rosarioda Messinin həyat yoldaşı Antonella Rokutsaya məxsus mağazaya 14 dəfə atəş açıblar.

“Messi, səni gözləyirik. Pablo Yavkin (Rosarionun meri – red.) narkotik alverçisidir, səni xilas etməyəcək”, – sözügedən şəxslər divara yazıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Teqlər: