Messi Səudiyyədən rəsmi təklif aldı

Messi Səudiyyədən rəsmi təklif aldı

Fransanın PSJ futbol klubunun argentinalı futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif alıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, PSJ futbol klubu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb. Sözügedən qərar futbolçunun Liqa 1-də “Loryen”lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə əlaqədardır. Həmin matçda parislilər 1:3 hesabı ilə məğlub olublar.

Messinin cari mövsümün sonunda PSJ ilə müqaviləni yeniləməyəcəyi barədə xəbərlər də yayılıb.

Teqlər: