Messi PSJ ilə müqavilə imzaladı

Argentinalı futbolçu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilə imzalayıb.

AzerTimes-ın məlumatına görə, L.Messinin PSJ ilə müqaviləsi 2 il müddətinə nəzərdə tutulub. Müqavilənin müddəti başa çatdıqdan sonra daha bir il artırıla bilər.

Argentinalı hücumçu PSJ-də 30 nömrəsi ilə çıxış edəcək.


Qeyd edək ki, L.Messinin 2004-cü ildən oynadığı “Barselona” klubu avvqustun 5-i İspaniya çempionatının maliyyə qaydalarına görə argentinalı ilə yeni müqavilə imzalanmayacağını açıqlamışdı.

Teqlər: