Messi 50 yaşına qədər oynaya bilər – Ronaldinyo

Messi 50 yaşına qədər oynaya bilər – Ronaldinyo

Argentina millisinin hücumçusu Lionel Messi 50 yaşına qədər oynaya bilər.

AzerTimes xəbər verir ki, bunu Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo deyib.

“Messi özü üçün normal səviyyədə oynayır, elə deyilmi? O, uzun illərdir ki, dünyanın ən yaxşısıdır. Bu, onun son dünya çempionatıdır, amma əmin idim ki, o, gəlib qələbə üçün hər şeyi edəcək. Messi bacarıq baxımından hamıdan qat-qat üstündür”, – keçmiş futbolçu bildirib.

Teqlər: