Məşhurun oğlu qıza çevrildi: Onunla bu qədər fəxr etməmişəm

Məşhurun oğlu qıza çevrildi: Onunla bu qədər fəxr etməmişəm

Tanınmış Əfqanıstan əsilli yazıçı Xalid Hüseyni oğlu Harisin özünü açıq şəkildə transgender elan etdiyini açıqlayıb.

AzerTimes xəbər verir ki, Hüseyni bu barədə sosial şəbəkədə paylaşım edib. Yazıçı qeyd edib ki, bu proses qızı üçün ağrılı olsa da, o, güclü xarakter nümayiş etdirib.

“Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Hər addımda onun yanında olacağam. Biz onun arxasında dayanırıq. Bilirəm ki, bu proses onun üçün ağrılı olub. O, transseksualların məruz qaldığı qəddarlıqdan xəbərdardır. Ancaq o, güclü və qorxmazdır. Mən qızımı sevirəm. Gözəl, müdrik, ağıllıdır. Hər addımda onun yanında olacağam. Ailəmiz onu dəstəkləyir”, – Xalid Hüseyni Tvitterdə yazıb.

Xatırladaq ki, Xalid Hüseyni əfqan xalqının problemləri, tarixi və mədəniyyətindən bəhs edən “Min möhtəşəm günəş” və “Çərpələng uçuran” kimi məşhur kitabların müəllifidir. Onun romanları bir çox dillərə tərcümə olunub.

Teqlər: