Məşhur Topxana meşəsi bərpa ediləcək

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad edilən ərazilərdə olan və ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək.

AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: “Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilmişdir. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra, qeyd olunan meşələrin bərpasına başlanacaq”.

Teqlər: