Məşhur tennisçi koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Məşhur ispaniyalı tennisçi Rafael Nadal koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə tennisçi öz “Twitter” səhifəsində bildirib.

O verdiyi koronavirus testinin müsbət nəticələndiyini yazıb.

Qeyd edək ki, R.Nadal dekabrın 16-19-dək Əbu-Dabidə beynəlxalq turnirdə iştirak edib.

Hazırda dünya reytinqində altıncı yerdə qərarlaşmış 35 yaşlı tennisçi 20 dəfə Böyük Dəbilqə turnirlərinin qalibi olub, iki dəfə Olimpiya çempionu adını qazanıb.

Teqlər: