Məşhur teleulduz Türkiyədə ağır qəza keçirdi: sevgilisi öldü

Məşhur teleulduz Türkiyədə ağır qəza keçirdi: sevgilisi öldü

İngilitərəli məşhur model, aktrisa və televiziya aparıcısı Yazmin Oukhellou sevgilisi Cek Robert Maklin ilə birlikdə Türkiyədə ağır qəza keçirib.

AzerTimes xəbər verir ki, hadisə Muğlanın Bodrum ilçəsində baş verib.

Belə ki, sükan arxasında olan C.R.Maklin qəfil idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəza zamanı sürücü həyatını itirib, sevgilisi televiziya ulduzu Y.Oukhellou isə ağır yaralanıb.

O, özəl xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Yazmin Oukhellou ən çox izlənilən “The Only Way Is Essex” adlı teleserialda rol alır və modellik fəaliyyəti ilə də məşğuldur.

Teqlər: