Məşhur reper öldü

Məşhur reper öldü

Amerikalı aktyor və tanınmış reper Kulio (Coolio) 59 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə reperin meneceri Carez məlumat yayıb.

Onun sözlərinə görə, Kulio dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə reperin yerdə uzandığını görüb.

Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.

İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Xatırlaadq ki, reperin ifaçısı yaradıcılıq karyerasına 80-ci illərin sonlarında başlayıb. O, Cennifer Pfayferlə “Dangerous Thoughts” filminin “soundtrackına” çevrilən “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə repçilər- Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə Kulio Qremmi mükafatına layiq görülüb.

Teqlər: