Məşhur pediatr özünü güllələdi – Son dəqiqə

Məşhur pediatr özünü güllələdi – Son dəqiqə

Pediatriya İnstitutunun keçmiş direktoru, tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

AzerTimes Publika.az xəbər verir ki, o, yaşadığı mənzildə özünü güllələyib.

Digər təfərrüat hələ ki, məlum deyil.

Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini, 1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti vəzifələrində çalışıb. Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.

Ailəli idi, 3 övladı var.

Teqlər: