Məşhur meydan su altında qaldı – Foto

Məşhur meydan su altında qaldı – Foto

İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanı su altında qalıb.

AzerTimes xəbər verir ki, buna səbəb aramsız yağan yağışlar olub. Meydandakı bəzi restoranları və mağazaları su basıb. Bölgədə aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Venesiyada daşqınlar adətən payız və qış aylarında qeydə alınır.

2019-cu ilin noyabrında intensiv yağışlar nəticəsində baş verən güclü daşqınlar şəhəri iflic etmiş, tarixi abidələr su altında qalmış və yüz milyonlarla avro ziyana səbəb olmuşdu.

Teqlər: