Məşhur məhbus Evin həbsxanasından qaçdı

Məşhur məhbus Evin həbsxanasından qaçdı

Tehranın Evin həbsxanasında saxlanılan və böyük məbləğdə maliyyə fırıldağında günahlandırılan Əli Şəhmiri qaçıb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, o, həbsxana rəhbərliyinin icazəsi ilə xəstəxanaya aparılan zaman onu müşayiət edən polis məmurlarını aldadaraq qaçmağa nail olub.

Xarici media Şəhmirinin hakimiyyətdə yüksək vəzifəli şəxslərlə əlbir olduğu, onun qaçmasının öncədən planlaşdırıldığını yazıb.

Qeyd edək ki, Əli Şəhmiri 2013-cü ildə valyuta qaçaqmalçılığı yolu ilə iqtisadi sistemdə böyük pozuntular törətməkdə günahlandıraraq, həbs edilib.

Teqlər: