Məşhur italyan kino və teatr aktyoru Enzo Qarinei vəfat edib.
AzerTimes xəbər verir ki, 70-dən çox film və teatr tamaşasında rol alan italyan aktyor Enzo Qarinei 96 yaşında dünyasını dəyişib.
O, karyerasına 1949-cu ildə “Toto le Moko” filmi ilə başlayıb, eyni zamanda televiziya seriallarında rol alıb.
Enzo dramaturq Pitero Qarineinin qardaşıdır.