Məşhur italiyalı futbolçu qəzaya düşdü: yaralılar var

Məşhur italiyalı futbolçu qəzaya düşdü: yaralılar var

İtaliya millisinin və “Latsio”nun futbolçusu Çiro İmmobile paytaxt Romada ağır yol qəzasına düşüb.

AzerTimes xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat ayyıb.

Məlumata görə, 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə relsdən çıxıb.

Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.

Teqlər: