Məşhur inqilabçılar İran rejimini xəyanətkar adlandırdı

Məşhur inqilabçılar İran rejimini xəyanətkar adlandırdı

1979-cu il inqilabının tanınmış simaları və şah dövründə həbs edilən 122 nəfər bəyanat yayıb. Tehran rejimini inqilab dəyərlərinə xəyanətdə ittiham ediblər.

AzerTimes xəbər verir ki, Müsəlman İnqilabçılar Qrupunun üzvləri bunu 1979-cu il inqilabının 44-cü ildönümü ilə bağlı yaydıqları bəyanatda bildiriblər.

“Bu rejim inqilabçıların bütün arzularını puç etdi və ondan bizə sadəcə şirin xəyallar qaldı. Hakimiyyət ölkəni sürətlə uçuruma doğru aparmaqdadır. Din adı altında şah dövründə olduğundan daha qəddar diktatorluq sistemini gücləndirməkdədir”, – bəyanatda bildiriblər.

Bəyanatı imzalayanlar arasında Fəzlullah Salavati, Əlirza Sadiqi, Lütfullah Meysəmi və başqa nüfuzlu şəxslər var.

Teqlər: