Məşhur idmançı Rusiyanı tərk etdi

Məşhur idmançı Rusiyanı tərk etdi

Rusiyalı məşhur gimnast Mariya Paseka ölkəni tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə 27 yaşlı idmançı oktyabrın 6-da sosial şəbəkə hesabında məlumat yayıb.

Paseka hazırkı dönəmdə Rusiyada özünü inkişaf etdirə bilməyəcəyini, buna görə də getmək qərarını verdiyini açıqlayıb.

Qeyd edək ki, Mariya Paseka idman gimnastikası üzrə dörd olimpiya medalı qazanıb. O, London 2012-də gümüş və bürünc, həmçinin Rio-2016-da iki gümüş medalına malikdir.

Teqlər: