Məşhur gürcü rejissor vəfat etdi

Məşhur gürcü rejissor vəfat etdi

Məşhur gürcü kinorejissor Otar İoseliani 89 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

O.İoseliani 2 fevral 1934-cü ildə Tiflisdə anadan olub. Rejissor beynəlxalq mükafatlara layiq görülmüş “Xəzəl” və “Pastoral” kimi filmlərin müəlifidir.

1980-ci illərin əvvəllərindən İoseliani Fransada işləməyə başlayıb, burada bir neçə sənədli və bədii film çəkib.

1984-cü ildə o, Gürcüstan SSR xalq artisti adını alıb. Rejissor üç dəfə Venesiya kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb, “Gümüş ayı”, iki dəfə “Nika” mükafatı qazanıb.

Teqlər: