Məşhur fransız aktyor vəfat edib

Məşhur fransalı kino və teatr aktyoru Mişel Buke vəfat edib.

Trend-in
məlumatına görə, aktyor 96 yaşında Paris xəstəxanasında həyatını
itirib.

Qeyd edək ki, Mişel Buke aktyor karyerasına 1944-cü ildə
başlayıb. O, “Oyuncaq” və “Səfillər” filmlərində rollarına görə
məşhurluq qazanıb.

M.Buke karyerası ərzində Pyer Rişar, Alen Delon, Jan-Pol
Belmondo kimi aktyorlarla əməkdaşlıq edib.