Məşhur fotoqraf Şuşadakı Cavanşir xan sarayı barədə paylaşım edib (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Dünyaca məşhur fotoqraf Reza Deqati “Instagram” səhifəsində Şuşa şəhərindəki Cavanşir xan sarayının hazırkı vəziyyəti ilə bağlı fotolar paylaşıb.

AzerTimes-ın məlumatına görə, fotoqraf sarayı sonuncu dəfə 1992-ci ildə ziyarət etdiyini açıqlayıb.

O xatırladıb ki, erməni işğalına qədər Cavanşir xan sarayı ev-muzey kimi fəaliyyət göstərirdi:


“2020-ci ilin dekabrında mən Şuşaya qayıdanda şoka düşdüm. Muzey qarət olunub, binası qismən dağıdılıb. Həyətində isə donuzlar gəzir”.

Teqlər: