Məşhur avtomobil şirkəti Çində istehsalı dayandırdı

Məşhur avtomobil şirkəti Çində istehsalı dayandırdı

Yaponiyanın avtomobil istehsalçısı “Mitsubişi Motors” satış həcminin aşağı olması səbəbindən məhsullarının Çində istehsalını dayandırmaq qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Məlumata görə, “Mitsubişi Motors” 2012-ci ildə Hunan əyalətində fəaliyyətə başlayan Çin şirkəti “GAC Group” ilə birgə müəssisədən çıxacaq.

Qeyd edək ki, prosesin konkret vaxtı haqqında məlumat verilməyib.

Teqlər: