Məşhur aktyorların olduğu 2 sürət qayığı toqquşdu

Məşhur aktyorların olduğu 2 sürət qayığı toqquşdu

Yunanıstanda “Qəlbinin Səsini Dinlə 3” filminin çəkilişləri üçün aktyorları aparan iki sürət qayığı qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan Sahil Mühafizəsi Tvitter hesabında açıqlama yayıb.

Məlumata görə, Palaia Fokaia sahillərində içərisində cəmi 16 nəfərin olduğu iki sürət qayığı toqquşub.

Qeyd edək ki, bir çox məşhur aktyorlar Amerika-Kanada birgə istehsalı olan “Qəlbinin Səsini Dinlə 3” romantik komediya filminin çəkilişləri üçün Yunanıstanda olublar.

Teqlər: