Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur Hollivud ulduzu Riçard Gir Meksikada tətil zamanı pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata görə, aktyor həyat yoldaşının Alexandro Silvanın doğum günü münasibətilə keçirilən məclisdə özünü pis hiss edib.

“Səfərdən öncə Riçardın möhkəm öskürəyi başlamışdı, Meksikada da davam etdi. Vəziyyət pis olduğu üçün xəstəxanaya yerləşdirilib”, – məlumatda qeyd olunub.

73 yaşlı aktyorun hazırda vəziyyətinin normal olduğu bildirilib.

Teqlər: