Türkiyənin məşhur aktrisası Ayla Alqan 87 yaşında beyin qanaması nəticəsində dünyasını dəyişib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, 2022-ci ildə Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülən Alqan “Ah, gözəl İstanbul” filmi və “Qurdlar vadisi pusu” serialındakı Anadolu hoca” obrazı ilə yaddaşlara köçüb.
O, bir çox kinoda və serialda da çəkilib.