Meşələrin qırılmasında məsul olan şəxslər barəsində ən ağır cəza tədbirləri görüləcək – Nazir müavini

Xəbər - Çingiz Səfərli – Trend:

Lənkəran rayonunun Haftoni meşəsində ağac kəsintisi ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq ETSN-in bu işə məsul olan şəxsləri barəsində işdən azad olunmayadək ən ağır cəza tədbirləri görüləcək.

AzerTimes xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, sözügedən ərazidəki ağacların kəsilməsi faktlarının araşdırılması, mübahisəli məqamların aydınlaşdırılması və bu məsələdə günahkar şəxslərin məsuliyyətinin müəyyən olunması məqsədilə aparılan yoxlamalar başa çatmaq üzrədir:


“Hər hansısa araşdırma başa çatmadan onun nəticələri barədə məlumat vermək doğru olmaz. Məsələni ictimailəşdirmədən öncə bundan əmin olmalıydıq. Bu məsələ ilə bağlı gec məlumat verilməsi də bununla əlaqədar idi. Təəssüf ki, müqavilə tərəfdaşımız məsələyə biganə yanaşdığı üçün bu hal yaşandı. Amma obyektiv olmağa çalışmalıyıq. Meşələrin bərpası istiqamətində də kifayət qədər işlər görülüb. 100 hektarlarla yeni meşə sahəsi salınıb”.

Teqlər: