Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyada “Bernd” siklonunun səbəb olduğu leysan yağışları və daşqınlar nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, onlarla şəxsin itkin düşdüyü hesab olunur.

Almaniya ilə yanaşı, siklon qonşu ölkələrə də ciddi ziyan vurub. Belçikada 4 nəfər təbiət hadisəsinin qurbanı olub.


Niderlandda da böyük fəsadlar qeydə alınıb.