Meşədə narkoplantasiya yetişdirən şəxs saxlanıldı

Meşədə narkoplantasiya yetişdirən şəxs saxlanıldı

Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaş-xaş 2022 şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb və ondan əlavə olaraq narkotik vasitə də aşkarlanıb.

Daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Digah kənd sakini Ceyhun Talışov saxlanılıb. Onun yaşadığı kənddəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 300 kiloqramdan artıq, hündürlüyü 3 metrə qədər olan 753 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.

Bundan başqa C.Talışovun həmin meşə zolağında gizlətdiyi 2 ədəd sellofan torbada ümumi çəkisi 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Teqlər: