Meşədə 3 ton çətənə kolu məhv edilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Qaxda meşə massivində yabanı halda bitən 3 ton çətənə kolu məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə,“Xaş-xaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Teqlər: