Meşə torpaqlarında 600 minə yaxın ağac əkilib

Yaz ağac əkini başlayandan bugünədək meşə fondu torpaqlarında
600 minə yaxın ağac əkilib.

AzerTimes-ın məlumatına görə,
ölkə ərazisinin meşə fondu torpaqlarının açıq ərazilərində yaz ağac
əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam
edir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib
ki, bu gün Tovuz, Ağstafa, Göygöl rayonlarının meşə fondu
torpaqlarının 6,5 hektar ərazisində 10 775 meşəcinsli ağac
əkilib.

“Yaz ağac əkini başlayandan bugünədək meşə fondu torpaqlarında
ümumilikdə 303 hektar ərazidə 600 000-ə yaxın meşəcinsli ağac
əkilib, 5800 kiloqram palıd və göyrüş toxumu səpilib”.

Teqlər: