Xəbər - Cani Babayeva – Trend:
Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ikinci günündə qadınlar (12-14 yaş) arasında finalçılar müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan gimnastı Məryəm Topçubaşova 18.400 xal yığaraq finala yüksəlib.
Bundan başqa, Leysan Kuperşmit (Rusiya, 19.075 xal), Yelizaveta Rudneva (Rusiya, 19.000 xal), Viktoriya Yeva Banyas (Macarıstan, 18.750 xal), Melissa Menhart (Macarıstan, 18.700 xal), Xristiyana Zlatanova (Bolqarıstan, 18.400 xal), Məryəm Topçubaşova (Azərbaycan, 18.400 xal), Kristina Kostova (Bolqarıstan, 18.350 xal) və Sofiya Sergiyenko (Ukrayna, 18.300 xal) da finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.
Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.
Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.
(Tərcümə: Orxan Nəbiyev)