Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qruplar arasında finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ikinci günündə qruplar (15-17 yaş) arasında finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, macarıstanlı (19.850 xal), rusiyalı (19.700 xal), rumıniyalı (19.500 xal), italiyalı (19.100 xal), bolqarıstanlı (18.250 xal), ukraynalı (17.900 xal), portuqaliyalı (17.550 xal) və litvalı (17.300 xal) qruplar finala çıxıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.


Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: